Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşıb
Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 49,64 dollara bərabər olub Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,60 dollar və yaxud 5,53% artıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,64 dollara bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (report) /