Azərbaycan və İran birgə poçt markaları çap edəcək
Azərbaycan və İran iki ölkənin ərazisindən tranzit olaraq daşınan poçt yüklərində istifadə etmək məqsədi ilə birgə poçt markaları çap olunacaq. Bunu İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimi Mehra agentliyinə açıqlamasında bildirib. Maide.Az xəbər verir ki, İ.İbrahimi deyib ki, çap olunacaq poçt markasının üzərində Azərbaycan məscidlərinin və digər dini simvolların şəkilləri, eləcə də şimal-cənub dəhlizi, və iki ölkənin birgə siyasi, mədəni və iqtisadi əməkdaşlığını özündə əks etdirən digər layihələrin şəkilləri dərc olunacaq. İ.İbrahimi deyib ki, yaxın vaxtlarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun Təbrizə səfər edəcək.