Maide.az

Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub

Mübariz Cəfərov 81 kq çəkidə çıxış edib   ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından Maide.Az-a verilən məlumata görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxış edən cüdoçu Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub.   Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.   Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. /