Maide.az

Azərbaycan neftinin bahalaşması davam edir

Dünya birjalarında neft ucuzlaşır.   Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar azalaraq 45,43 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 46,47 dollar olub.   Neftin ucuzlaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının artması səbəb olub.     Azərbaycan neftinin isə bahalaşması davam edir.   "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,75 dollar və ya 1,60% artaraq 47,70 dollar təşkil edib. (apa) /