Maide.az

Azərbaycanla İranın investisiya imkanları Bakıda nümayiş etdiriləcək

Bakıda "Azərbaycanda və İranda investisiya imkanları" konfransı baş tutacaq.   Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "APA-Economics"ə verilən məlumata görə, noyabrın 10-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə "Azərbaycanda və İranda investisiya imkanları" mövzusunda konfrans keçiriləcək.   Konfransda 40-dan artıq İran şirkət və təşkilatlarının iştirakı gözlənilir. /