Maide.az

Azərbaycan çempionunun rəqibləri müəyyənləşib

Futzal üzrə UEFA kubokunun elit-raundunun püşkü atılıb. Verilən məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb.   Əsas mərhələdə ilk iki yeri tutan 12 komanda və mübarizəyə birbaşa elit-raunddan başlayan 4 klub arasında Azərbaycan təmsilçisi də yer alıb. Ötən mərhələni 3 qələbə ilə 1-ci pillədə başa vuran “Araz”ın da elit-raunddakı rəqibləri müəyyənləşib.   Bu mərhələdə B qrupunda çıxış edəcək Naxçıvan klubu “Yuqra” (Rusiya), “Hamburq” (Almaniya) və “Nasional” (Xorvatiya) komandaları ilə mübarizə aparacaq. Qrup oyunları noyabrın 22-27-də keçiriləcək. Çempionumuzun yer aldığı “dördlüy”ün görüşləri Zaqrebdə baş tutacaq.   A qrupu “Kayrat” (Qazaxıstan)* “Nikars” (Latviya) “Real Rieti” (İtaliya) “Feniks” (Kosovo)   B qrupu “Yuqra” (Rusiya) “Araz” (Azərbaycan) “Hamburq” (Almaniya) “Nasional” (Xorvatiya)*   C qrupu “İnter” (İspaniya) “Ekonomaç” (Serbiya) “Xrudim” (Çexiya) “Maribor” (Sloveniya)*   D qrupu “Dinamo” (Rusiya) “Sportinq” (Portuqaliya)* “Dyer ETO” (Macarıstan) “Tarqu Mureş” (Rumıniya)   “*” işarəsi ilə meydan sahibləri  fərqləndirilib.   Qeyd edək ki, “Dördlər finalı”na yalnız qrup qalibləri vəsiqə əldə edəcək. (apa) /