Maide.az

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib. Verilən məlumata görə, buna Avropa Liqasının qrup mərhələsinin III turunun qarşılaşmaları səbəb olub.   Baş tutan 24 görüş cədvəldə bir sıra dəyişikliklərə səbəb olub. “Qarabağ”ın evdə Yunanıstan PAOK-u üzərindəki qələbəsi Azərbaycanın da irəliləməsinə imkan verib. Ağdam klubunun 2:0 hesablı qələbəsi ölkəmizin aktivinə 0,500 xal gətirib. “Qəbələ”nin səfərdə “Sent-Etyen”ə 0:1 hesabı ilə yenilməsi isə xal qazancı ilə nəticələnməyib.   Bununla, cari mövsüm toplanan xalımız 3,750-yə çatıb. Bunun ən böyük hissəsi “Qarabağ”ın payına düşür - 1,625. “Qəbələ” isə hesabımıza 1,375 gətirib. Artıq mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.   5 mövsümün nəticələrinə görə hesabını 17,250-yə yüksəldən Azərbaycan 26-cı yeri tərk edib. Ölkəmiz bunadək 0,300 xal geri qaldığı Kipri artıq 0,200 xal üstələyir. Yunanları yenib, kiprliləri qabaqlayan Azərbaycan indi 24-cü olan İsraildən 0,625 xal geri qalır.   Cədvəldəki digər yerdəyişmə Yunanıstanla bağlıdı. PAOK uduzsa da, digər komandaları Ellada təmsilçisinin 14-cü pilləyə qalxmasına nail olub. Onlar Xorvatiyanı keçib.   Siyahıya İspaniya başçılıq edir – 91,713. Almaniya (71,069) ikinci, İngiltərə (67,248) üçüncü pillədə yer alıb. (apa) /      yer ölkə 12/13 13/14 14/15 15/16 16/17 cəmi komanda 1 İspaniya 17.714 23.000 20.214 23.928 6.857 91.713 7/ 7 2 Almaniya 17.928 14.714 15.857 16.428 6.142 71.069 6/ 7 3 İngiltərə 16.428 16.785 13.571 14.250 6.214 67.248 6/ 7 4 İtaliya 14.416 14.166 19.000 11.500 5.750 64.832 6/ 6 5 Fransa 11.750 8.500 10.916 11.083 5.916 48.165 5/ 6 6 Rusiya 9.750 10.416 9.666 11.500 5.600 46.932 4/ 5 7 Portuqaliya 11.750 9.916 9.083 10.500 4.250 45.499 4/ 6 8 Ukrayna 9.500 7.833 10.000 9.800 3.100 40.233 3/ 5 9 Belçika 6.500 6.400 9.600 7.400 5.500 35.400 5/ 5 10 Türkiyə 10.200 6.700 6.000 6.600 4.900 34.400 4/ 5 11 Çexiya 8.500 8.000 3.875 7.300 3.500 31.175 3/ 5 12 İsveçrə 8.375 7.200 6.900 5.300 3.100 30.875 3/ 5 13 Hollandiya 4.214 5.916 6.083 5.750 4.300 26.263 4/ 5 14 Yunanıstan 4.400 6.100 6.200 5.400 3.600 25.700 3/ 5 15 Xorvatiya 4.375 4.375 6.875 4.500 5.125 25.250 1/ 4 16 Avstriya 2.250 7.800 4.125 3.800 5.625 23.600 3/ 4 17 Rumıniya 6.800 6.875 5.125 2.250 1.700 22.750 2/ 5 18 Danimarka 3.300 3.800 2.900 5.500 6.250 21.750 1/ 4 19 Belarus 4.500 1.750 5.500 5.125 3.000 19.875 4 20 İsveç 5.125 3.200 3.900 4.750 2.750 19.725 4 21 Polşa 2.500 3.125 4.750 5.500 2.875 18.750 1/ 4 22 Şotlandiya 4.300 3.250 4.000 3.000 3.875 18.425 1/ 4 23 Norveç 4.900 2.600 2.200 7.250 1.375 18.325 4 24 İsrail 3.250 5.750 1.375 2.250 5.250 17.875 2/ 4 25 AZƏRBAYCAN 3.000 2.500 3.625 4.375 3.750 17.250 2/ 4 26 Kipr 4.000 2.750 3.300 3.000 4.000 17.050 1/ 4 27 Serbiya 3.000 2.500 2.750 4.250 2.875 15.375 4 28 Bolqarıstan 0.750 5.625 4.250 1.000 3.500 15.125 1/ 4 29 Qazaxıstan 1.375 3.125 3.375 4.625 2.000 14.500 1/ 4 30 Sloveniya 3.250 2.625 4.000 1.000 2.250 13.125 4 31 Slovakiya 1.500 1.625 2.750 3.750 2.125 11.750 4 32 Lixtenşteyn 0.000 1.000 2.500 5.000 2.500 11.000 1 33 Macarıstan 3.000 0.875 2.125 1.625 1.875 9.500 4 34 Moldova 2.250 3.375 1.750 1.250 0.875 9.500 4 35 İslandiya 1.250 2.500 2.500 1.125 1.000 8.375 4 36 Finlandiya 2.000 0.500 2.400 1.000 1.750 7.650 4 37 İrlandiya 1.000 0.250 2.000 0.700 2.625 6.575 1/ 4 38 Albaniya 0.750 2.000 0.875 2.125 0.750 6.500 4 39 Bosniya H. 1.250 1.500 1.750 1.500 0.500 6.500 4 40 Gürcüstan 1.500 1.875 1.250 0.625 1.125 6.375 4 41 Latviya 1.250 1.625 0.250 1.625 1.375 6.125 4 42 Makedoniya 1.250 0.500 1.125 1.500 1.250 5.625 4 43 Estoniya 0.375 1.000 1.500 1.000 1.375 5.250 4 44 Monteneqro 1.375 1.250 0.750 1.000 0.875 5.250 4 45 Ermənistan 0.875 1.125 0.375 1.625 1.125 5.125 4 46 Lüksemburq 1.375 1.500 0.500 0.750 0.750 4.875 4 47 Ş.İrlandiya 1.000 0.875 1.375 0.750 0.500 4.500 4 48 Litva 1.125 1.250 0.500 0.750 0.500 4.125 4 49 Malta 0.875 0.875 0.125 0.875 1.250 4.000 4 50 Uels 0.500 0.750 0.125 1.500 1.000 3.875 4 51 Farer adaları 0.500 0.875 1.375 0.375 0.375 3.500 4 52 Cəbəllütariq 0.000 0.000 0.250 0.750 1.500 2.500 2 53 Andorra 0.000 0.333 0.500 0.166 0.166 1.165 3 54 San-Marino 0.000 0.333 0.000 0.000 0.000 0.333 3