Maide.az

Azərbaycan İrana birgə elektrik stansiyalarının inşasını sürətləndirməyi təklif edir

  Azərbaycan və İran tərəfindən yeni elektrik stansiyalarının birgə tikintisi enerji dayanıqlığını və Naxçıvan Muxtar Respublikasının ixrac potensialını artıra bilər.   Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.   O qeyd edib ki, bu layihənin imkan daxilində tez həyata keçirilməsi zəruridir.   ASC sədri əlavə edib ki, bu layihə həm Azərbaycan, həm də İran üçün son dərəcə əhəmiyyətlidir. /