Maide.az

Azərbaycan Rusiyadan aldığı optik texnikanın sayını artırır

  Bununla bağlı iki ölkə arasında razılıq əldə edilib   Gələn il Rusiyanın Azərbaycana optik məhsullarının ixrac həcmini artacağı gözlənilir. "Report"un "Made in Russia" saytına istinadən verdiyi xəbərə görə, Rusiyanın "Rostex" Holdinqinə daxil olan "Şvabe" şirkəti Azərbaycanda müşahidə prosesinin həyata keçirilməsi üçün ixrac ediləcək optik nişangahlar və texnikanın həcmini artıracağını açıqlayb.   "İki ölkə arasında aparılan danışıqların nəticələrinə əsasən, 2017-ci ildə Holdinq Voloqda Optik-Mexanika və "Şvabe-Müdafiə və Mühafizə" zavodunun istehsalı olan optik nişangahlar və müşahidə təyinatlı texnikanın ixrac həcmini artıracaq", - deyə şirkətin məlumatında bildirilir.   Bundan başqa, Kanada, İran, Yunanıstan, Fransa, Belarus, Çin, Serbiya, İsrail, Türkiyə və digər ölkələrə də yeni tədarüklər reallaşdırıla bilər. /