Maide.az

Azərbaycan kubokunun başlama vaxtı açıqlanıb

  Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarının başlama vaxtı açıqlanıb. Verilən məlumata görə, yeni mövsümün oktyabrın 12-də keçiriləcək ilk qarşılaşmaları eyni saatda start götürəcək.   Birinci divizion təmsilçilərinin mübarizə aparacağı mərhələnin matçları saat 14:00-da başlayacaq. Qərblilərin paytaxt təmsilçiləri ilə duellərində “Turan Tovuz” “Bakılı”nı, “Şəmkir” “Qaradağ Lökbatan”ı qəbul edəcək. (apa) /   Azərbaycan kuboku 1/16 final 12 oktyabr (çərşənbə)   14:00. “Turan Tovuz”  - “Bakılı” Tovuz şəhər stadionu   14:00. “Şəmkir” – “Qaradağ Lökbatan” Şəmkir Olimpiya İdman Kompleksinin stadionu