Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb: leysan xarakterli intensiv yağış yağıb
Şahdağa qar yağıb Sentyabrın 28-i gündüzdən 29-u səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvanda 1-7 mm təşkil edib. Şahdağa qar yağıb. Qar örtüyünün hündürlüyü 1 sm olub. /