Maide.az

Azərbaycanda dərman istehsalı zavodunun inşasına start verilir

   Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq.   Bu barədə Rusiyanın "R-Farm" iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.   O qeyd edib: "Zavodun sahəsi üçün iki potensial əraziyə baxırıq. Bu, Ələt qəsəbəsindəki azad ticarət zonası və Sumqayıt Kimya-Sənaye Parkıdır".   A.Burxanovun sözlərinə görə, tikinti işlərinə bu ilin sentyabrında start veriləcək, 2019-cu ilin sonunda isə istehsak layihə gücünə çıxmalıdır.   O əlavə edib ki, ilkin mərhələdə qablaşdırma istehsalının təşkili planlaşdırılır: "İkinci mərhələdə regional distribüter mərkəzi və laboratoriya olacaq. Üçüncü mərhələdə isə dərman vasitələrinin istehsalına başlanılacaq". (trend) /