Maide.az

Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib

  Milli komandaların FİFA reytinqi açıqlanıb. Hesabında 252 xal olan Azərbaycan 133-cü yerdə qərarlaşıb.   Ötən ay açıqlanan cədvəldə 253 xalla 136-cı olan komandamız 1 xal itirsə də, 3 pillə irəliləyib. Buna DÇ-2018-in seçmə mərhələsinin ilk oyunu səbəb olub. Hesabat dövründə San-Marinonu 1:0 hesabı ilə yenən yığmamız irəliləyişə imza atıb.   Millimizin irəliləyişinə digər ölkələrin nəticələri də səbəb olub. Ötən ay yığmamızı qabaqlayan Anqola, Tailand, Gürcüstan, Puerto-Riko geriləməklə daha aşağı yerlərə yuvarlanıb. Dominikan Respublikası isə komandamızı arxada qoyub.    Dünyanın 14-cü “onluğ”u 131 (129). Madaqaskar – 269 132 (124). Tanzaniya – 264 133 (136). Azərbaycan – 252 134 (132). Anqola – 247 135 (141). Sudan – 246 135 (120). Tailand - 246 137 (118). Gürcüstan – 240 138 (114). Puerto-Riko – 234 139 (151). Kuba – 229 140 (137). Salvador - 228   Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə, Belçika 2-ci sırada qalsa da, Kolumbiya 3-cü pilləni əldən verib. Almaniya cənubi amerikalıları 4-cü yerə göndərib. 5 pillə irəliləyən Braziliya isə Kolumbiyaya şərik olub. İtaliya və İspaniya ilk “onluq”dan uzaq düşübsə, Uruqvayla Uels ora daxil olub.   İlk “onluq” 1 (1). Argentina – 1646 2 (2). Belçika – 1369 3 (4). Almaniya – 1347 4 (3). Kolumbiya – 1323 4 (9). Braziliya – 1323 6 (5). Çili – 1284 7 (6). Portuqaliya – 1228 8 (7). Fransa – 1188 9 (12). Uruqvay – 1173 10 (11). Uels – 1161   Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Çexiya irəliləyib. Şimali İrlandiya 2, Norveç 20 pillə geriləyib. Yığmamıza uduzan San-Marino 2-ci “yüzlüy”ü də tərk edib.   DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 3 (4). Almaniya – 1347 30 (28). Şimali İrlandiya - 798 33 (34). Çexiya - 762 70 (50). Norveç - 487 201 (200). San-Marino – 17   Qeyd edək ki, qonşu Türkiyə yığması 21-ci yerə yuvarlanıb. 2 pillə geriləyən  “ay-ulduzlular” 885 xala malikdi. (apa) /