Maide.az

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verilən məlumata görə, tura sentyabrın 9-da start veriləcək.  Ümumilikdə 4 qarşılaşma yenə 3 günü əhatə edəcək. İlk 2 görüş Bakının Masazır qəsəbəsindəki "Əlincə Arena"da, qalanları Gəncə və Sumqayıtda olacaq. Bütün görüşlər "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. (report) / 9 sentyabr (cümə) 18:30. “Qarabağ” – AZAL “Əlincə Arena” 10 sentyabr (şənbə) 20:00. “Neftçi” – “Qəbələ” “Əlincə Arena” 11 sentyabr (bazar) 16:00. “Kəpəz” – “Zirə” Gəncə şəhər stadionu 20:30. “Sumqayıt” – “İnter” Sumqayıt, “Kapital Bank Arena”