Maide.az

Azərbaycanda qəsdən törədilən yanğınlar artıb

  Azərbaycanda baş verən yanğınlar kəskin azalıb. Dövlət Statistika Komitəsindən fins.az-a  verilən məlumata  görə, ötən il  ölkədə 2 098 yanğın qeydə alınıb. Bu 2014-cü ildlə müqayisədə 14% azdır. Xatırladaq ki, həmin il yanğınların  sayı 2 436  olmuşdu.    Yanğınların  baş vermə səbəbləri Yanğınların əsas səbəbi elektrik avadanlıqlarının istismarı qaydalarının pozulmasıdır. Ötən il 820 yanğın və ya bütün yanğınların 40%-i bu səbəbdən baş verib. 2014-cü ildə isə bu səbəbdən 1 036 yanğın olmuşdu. Odla ehtiyatsız davranma nəticəsində baş verən yanğınların sayı da azalıb. 2014-cü ildə bu səbəbdən 445,  2015-ci ildə isə 341  hadisə  baş verib.  Qəsdən törədilən yanğınlar isə artıb    Əvəzində qəsdən törədilən yanğınlar isə artıb.  Əgər 2014-cü ildə bu səbəbdən 210 yanğın olmuşdusa, ötən il 232 qəsdən  törədilən yanğın qeydə alınıb.  Yeri gəlmişkən, qəsdən törədilən  yanğınların sayı son illər artmaqdadır. 2012-ci ildə 136 yanğın, 2013-cü ildə 158 yanğın, 2014-cü ildə 210 yanğın qəsdən törədilib. 2015- ildə baş verən yanğınların 109-u  sobaların quraşdırma və istismarı zamanı  yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.    Uşaqların dəcəlliyi 75 yanğına səbəb olub  Siqaret çəkilməsi zamanı ehtiyatsızlıqdan 85 yanğın  hadisəsi qeydə alınıb. Yanğınların 75-i  uşaqların  odla  dəcəllik etməsi, 8-i  İstehsal  avadanlıqlarının nazarlığı ,  8-i isə od ilə görülən işlər zamanı yanğın təhlükəsizliyi  qaydalarının pozulması səbəbindən baş verib.     Ən çox  hansı obyektlər yanlb?  Yanğından daha çox  mənzillər zərər görüb.  2015-ci ildə yaşayış evi və həyətyanı tikililərdə 1466  hadisə baş  verib.  Bu, 2014-cü illə müqayisədə  16 faiz çoxdur. Ən çox yanğın baş verən obyeklərin siyahısında uşaq müəssisələri, mədəni əyləncə, müalicə profilaktika və inzibati-ictimai müəssisələr ikincidir. 2015-ci ildə  həmin müəssisələrdə 135 yanğın hadisəsi  qeydə  alınıb. 36 hadisə isə istehsaı təyinatlı binalarda baş verib. Baza və ticarət binalarında baş verən yanğınlar da  azalıb. 2014-cü ildə 63 hadisə, 2015-ci ildə isə  36 yanğın qeydə alınıb.      Yanğınlardan zərər və tələfat Yanğınların azalmasına baxmayaraq, bu zamanı dəyər zərər və  hadisə nəticəsində həlak olan vətəndaşların sayı  ötən il daha çox olub. 2015-ci ildə yanğınların vurduğu zərər 15. 870 min manat olub. 2014-cü ildə isə yanğınlar zamanı 13.418 min manat ziyan dəyib. 2014-cü ildə yanğın səbəbilə dünyasını dəyişənlərin sayı  59 nəfər,   2015-ci ildə isə 64 nəfər olub. Yanğınlar nəticəsində ötən il 476 obyekt məhv edilib. 2014-cü ildə isə həmin obyektlərin sayı 428 olub. /