Maide.az

Azərbaycan XİN: Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi

“Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır”.   Trend-in məlumatına görə, bu barədə Azərbycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.   Daha sonra bəyanatda qeyd olunur: “Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik”.