Maide.az

Azərbaycanda bir gündə yol qəzalarında 9 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Azərbaycanın avtomobil yollarında bir gündə baş verən yol qəzalarında 9 nəfər ölüb.   Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.   Məlumata görə, iyulun 11-də respublikanın avtomobil yollarında 14 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 17 nəfər xəsarət alıb.