Maide.az

Azərbaycan klubları bu gün AvroLiqanın oyunlarına çıxacaq

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.  Gəncənin “Kəpəz” klubu Moldovada yerli “Daçiya” ilə qarşılaşıcaq. Bakıda keçirilən ilk görüşdə oyun 0:0 hesabı ilə yekunlaşmışdı. Oyun saat 19:00-da başlayacaq. Azərbaycanın daha təmsilçisi - “Qəbələ” də növbəti oyununa çıxacaq. Komandamız səfərdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən ilk  görüşdə rəqibinə 5:1 hesabı ilə qalib gələn “Qəbələ” mərhələ keçmək şansı çox böyükdür. Zestafonidə keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. (modern.az)