Maide.az

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI

Azərbaycanda qeyr-rəsmi nikahdan doğulan uşaqların statistikası açıqlanıb.   Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub.    Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-si isə kənd yerlərində doğulub.  2014-cü ildə qeyri-rəsmi nikahda olan qadından doğulan uşaqların sayı isə 25486 nəfər olub.    Komitədən, həmçinin bildirilib ki, son 5 il ərzində ölkədə ildə orta hesabla 172 min, hər gün isə 471 körpə dünyaya gəlir. (azvision.az)