Maide.az

Azərbaycanlılar ərzağa 5,5 milyard manat xərclədi

Bu, ötən illə müqayisədə 2%-ə yaxın artım deməkdir.   2016-cı ilin yanvar-may aylarında istehlakçılara 10 milyard 999,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox məhsul satılıb.   Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.    Komitədən qeyd edilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,5% artaraq 5 milyard 479,4 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artaraq 5 milyard 519,8 milyon manata bərabər olub.    “Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i elektrik malları və mebelin, 5,8%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub”, - deyə komitədən bildirilib. (Oxu.az)