Maide.az

Azərbaycanlı zəvvarların gediş və qayıdış qrafiki açıqlanıb

Həcc ziyarəti ilə bağlı zəvvarların gediş və qayıdış qrafiki açıqlanıb.   Maide.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Azərbaycandan zəvvarlar sentyabrın 2-i, 3-ü və 4-ü, hər gün bir və ya iki reys olmaqla, Həccə yola düşəcəklər.   Zəvvarların qayıdış qrafiki isə sentyabrın 18-i, 19-u, və 21-i, hər gün bir və ya iki reys həyata keçirilməklə baş tutacaq. Zəvvarlar ziyarətə hər təyyarədə 3 və ya 4 qrup olmaqla, yollanacaqlar.   Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. (apa)