Maide.az

Azərbaycanda ÜDM 4,5 faiz azalıb

2016-cı ilin dörd ayında Azərbaycanda ÜDM istehsalı 16 mlrd 868 mln manat təşkil edib. Bu, müqayisə edilən qiymətlərlə 2015-ci ilin eyni dövrünün göstəricisindən 4,5% azdır.   Dövlətstatkomun məlumatına görə, ÜDM-in 61,5%-i qeyri-neft sektorunun payına düşür. Eyni zamanda, tikinti və nəqliyyat sektorunda aktivlik azaldığı üçün qeyri-neft sektorunda ÜDM 6,8% azalıb.   Ölkədə bir nəfər ÜDM istehsalı 4 ayda 1756,7 manat olub. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 5,6% azdır. Bu, dollar ifadəsində $1122,6 təşkil edir.   Hökumətin proqnozuna görə, 2016-cı ildə Azərbaycanda ÜDM istehsalı 3% azalacaq. DB və BVF bu proqnozla razıdır. /