Maide.az

Azərbaycanda leysan yağacaq - Çətirləri götürməyi unudmayın

Şimal-qərb küləyi əsəcək.   Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.    Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-16, gündüz 18-20 dərəcə isti olacaq.   Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq. /