Maide.az

Azərbaycanlının qatili Ermənistana qaçdı

Krımın Yalta şəhərində azərbaycanlını öldürməkdə şübhəli bilinən şəxs Ermənistana qaçıb.   Maide.az-ın xəbərinə görə, bu barədə APA-ya Krımdakı azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.    Yalta şəhəri üzrə İstintaq İdarəsindəki mənbənin bildirdiyinə görə, Mehdiyev Rahil Əbdürrəhman oğlunun qətli ilə bağlı istintaq artıq yekunlaşıb. Qətli törədən şəxs müəyyənləşib. İşi məhkəməyə vermək üçün isə həmin şəxsi saxlanılmalıdır.   Mənbə bildirib ki, qətli törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı barədə axtarış elan edilib. İstintaqın əldə etdiyi məlumata görə, həmin şəxs Ermənistana qaçıb. Ermənistan hüquq-mühafizə orqanlarına onun saxlanılması ilə bağlı sorğu göndərilib.   Xatırladaq ki, R.Mehdiyev ötən il iyulun 14-də Yaltanın “Puşkinski” bazarında Ermənistan vətəndaşı tərəfindən qətlə yetirilib.