Maide.az

Azərbaycan-Gürcüstan sərhədində çox böyük tıxac yaranıb

Azərbaycanla Gürcüstan arasında - Sınıq Körpü sərhəd-keçid məntəqəsində böyük tıxac yaranıb. Belə ki, Gürcüstandan ölkəmizə gələn insanlar saatlardır sərhədi keçə bilmirlər.   Bu barədə musavat.com-a hazırda sərhəddə qalan vətəndaşlardan biri məlumat verib. Onun dediyinə görə, 1000-dən çox maşın 4 saatdan artıqdır sərhəddə ilişib qalıb. Soyuqdan avtomobillərin içində oturmaq mümkün olmadığından camaat yerə düşərək, tonqal qalayıb qızınır. Tixacın uzunluğu 3 kilometrə çatır.   Sərhəddə qalanların əksəri qərb bölgəsinin sakinləridir. Onlar Novruz bayramı öncəsi bazarlıq etmək üçün Gürcüstana gediblərmiş.../