Azərbaycanda nikaha daxil olmaq istəyən 55 nəfərdə QİCS aşkarlanıb
Azərbaycanda nikaha daxil olmaq istəyən 5 780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Maide.az xəbər verir ki, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, 2015-ci ilin iyun ayının 1-dən bu ilin fevral ayına kimi nikaha daxil olmaq üçün 94 400 nəfər qan müayinəsindən keçib: "Onlardan 5780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Talassemiya daşıyıcılığı aşkarlananlar arasında 45 cütlük aşkar edilib. Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan ikisində bətn daxili diaqnostika məqsədilə punktat götürülərək müayinəyə göndərilib".