Maide.az

Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracına başlayıb

Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisi tranzitinə başlayıb   "Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.   "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb.   Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisinin tranziti isə fevralın 5-dən həyata keçirilməyə başlayıb.   Nəticədə, Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək. /