Maide.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar yaxud 0,88% bahalaşıb. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,40 dollara bərabərdir. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.