Maide.az

Azərbaycan neftinin qiyməti 3 faiz artıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,00 dollar yaxud 2,93% bahalaşıb.   Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,09 dollara bərabərdir.   Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. "Report"