Maide.az

Azərbaycan yığması FİFA reytinqində irəliləyib

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Hazırda 296 xala malik yığma 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığma 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olub. Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla 3-cü pillədə qərarlaşıb.  Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 4-də açıqlanacaq.