Maide.az

Azərbaycana ​`quş qripi` əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlanıb

"Schering-Plough Central East AG" şirkəti Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.   Məlumata görə, kreditorlar iki ay ərzində "Grata Azerbaijan" MMC-nin Bakı şəhərinin Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,13A ünvanında yerləşən ofisinə bildirə bilərlər.   Qeyd edək ki, "Schering-Plough Central East AG" şirkəti ABŞ-ın əsas dərman istehsalçılarından biri olan "Merck & Co Inc."in törəmə qurumudur.   Xatırladaq ki, Azərbaycanda "Merck & Co Inc."in ən çox satılan H5N1 virusu ("quş qripi") əleyhinə istehsal etdiyi "Oseltamivir" tərkibli "Tamiflu" preparatıdır ki, hazırda həmin dərman vasitəsinin apteklərdə satılmadığı deyilir.