Maide.az

Azərbaycanlılar yenə Rusiyada hoqqa çıxardılar

Rusiyada lombard dükanını yarıb qaçan azərbaycanlılar saxlanılıb. Maide.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, dekabrın 1-də Rusiyada 3 nəfər lombarda hücum edib.    Rusiyanın hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib ki, satıcı qadın siqaret çəkmək üçün küçəyə çıxıb. Bu zaman iki nəfər qadını zorla içəri aparıb.    Üçüncü şəxs isə dükanın qapısında gözləyib, o içəri girmək istəyənlərə mağazanın bağlı olduğunu deyərək, oğurluğa şərait yaradıb.    Azərbaycanlılar lombarddan bir neçə qutu zinət əşyaları götürüblər. Oğurlanan əşyaların dəyərinin 4 milyon rubl (62 min 400 manat) olduğu bildirilib.   Lakin soyğunçular uzağa qaça bilməyiblər. Yerli polis şübhəli şəxsləri hadisə baş verən yerdən bir neçə kilometr aralıda - avtomobillərə oturanda saxlayıb.   Araşdırma zamanı məlum olub ki, onların hər 3-ü azərbaycanlıdır və Rusiyanın Peterqof şəhərinə yenicə gəliblər.   Hüquq-mühafizə orqanları onların bu cür başqa cinayət hadisələri törətdiyini də ehtimal edir.   Azərbaycanlıların Sankt-Peterburqun cənub-qərbində də bir neçə lombard dükanına hücum edib-etmədiyi araşdırılır.