Maide.az

Azərbaycanda 23 aptekə cərimə sanksiyaları tətbiq edilib

Bu ilin 9 ayı ərzində lisenziya olmadan əczaçılıq fəaliyyətilə məşğul olan iki aptekə, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə 23 aptekə protokol tərtib olunub.   Maide.az xəbər verir ki, bu barədə salamnews-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.   Nazirlikdən bildirilib ki, qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaqla bağlı dörd fakt müəyyən edilib. Könüllü şəkildə qanunsuz fəaliyyətlərini dayandırmayan iki, resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına görə isə 23 aptekə cərimə sanksiyaları tətbiq edilib.