Maide.az

Azərbaycan meyvə-tərəvəzə görə xaricdən asılı vəziyyətdədir

Bu ilin 9 ayı ərzində xarici ticarət əməliyyatları ABŞ dolları hesabı ilə keçən ilin müvafiq dövrünə nisbətən 35.72% azalıb.   Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İdxal əməliyyatları 0.87% artmış, ixrac əməliyyatları isə 49.97% azalıb.   İxracda əsas mallarda azalmalar belə olub:   Xam neft – 54.01%   Neft məhsulları – 44.24%   Təbii qaz – 23.18%   Meyvə-tərəvəz – 3.46%   Çay – 44.3%   Bitki və heyvan mənşəli piylər və yağlar – 22.34%   Şəkər – 2,18%   Spirtli və spirtsiz içkilər – 22.85%   Plastmas və onlardan hazırlanan məmulatlar – 28.27%   Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 41.44%   Qara metallar və onlardan hazırlanan məmulatlar – 25.33%.   İxracda əsas mallardan kimya sənayesi məhsulları 37.86%, alüminium və ondan hazırlanan məmulatlar 24% artıb.   İdxalda isə artım belə olub:   Meyvə-tərəvəz – 138.87%   Buğda – 30.33%   Əczaçılıq məhsulları – 10.29%   Oduncaq və ondan hazırlanan məmulatlar – 80.35%   Qara metallar və onlardan hazırlanan məmulatlar – 65.92%   Nəqliyyat vasitələri və onların hissələri – 83.70%   Mebel və onun hissələri – 8.35%.