Maide.az

Azərbaycan-Dağıstan sərhədində avtomobil buraxılış məntəqəsi bağlanır

Azərbaycan və Dağıstan sərhədindəki  “Tahirkənd-Qazmalar avtomobil buraxılış məntəqəsi oktyabr ayının 15-dən etibarən 25 günlük bağlanır.   Bu barədə Dağıstan Gömrüyünün mətbuat xidməti bildirib.   Avtomobil buraxılış məntəqəsi ərazidə abadlıq işlərinin aparılması ilə əlaqədar fəaliyyətini dayandırır. Bildirilir ki,  sürücülər 25 gün ərzində “Novo - Filə” və “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqələrindən istifadə edə bilərlər.