Maide.az

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsait artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitin həcmi artıb.   Müdafiə Nazirliyindən Maide.az-a verilən xəbərə görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2015-ci il tarixədək 67.000.811,11 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.   Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən,Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.