Maide.az

Azərbaycanla bağlı qətnamələr BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə daxil edilib

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamələr BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə salınıb.   Qeyd edək ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT baş Assambleyasının 69-cu sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün 70-ci sessiyanın gündəliyinə daxil edilib.