Maide.az

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri payızda görüşəcəklər

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işləri nazirlərinin növbəti görüşü bu ilin noyabrında keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.   Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.   Qeyd edək ki, tərəflərin ilk üçtərəfli görüşü 2012-ci ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilib. İndiyədək bu formatda 4 görüş baş tutub. /