Azərbaycanda repressiya BMT-də müzakirə olunur VİDEO
İyunun 16-də İsveçrənin Cenevrə şəhərində BMT-nin insan haqları Şurasının qərərgahında "Azərbaycanda insan haqları, siyasi həbslər, sərbəst toplaşma azadlığı" mövzusunda müzakirə keçirilir. Müzakirələrdə Azərbaycandan olan jurnalistlər- İdrak Abbasov, Beynəlxalq Media Dəstək qrupundan Gülnarə Axundova, İnsan Haqları Evindən Florian İrminger, siyasi məhbuslar Leyla və Arif Yunusun qızı Dinarə Yunus, BMT-nin sərbəst toplaşmaq və birləşmək hüquqlarına dair xüsusi məruzəçisi Maina Kiai, insan haqları üzrə BMT nümayəndəsi Michel Forst iştirak edir. Müzakirələrə Twitterdə #realBaku2015 hashtagi ilə qoşulmaq olar. azadliq.org /