Azərbaycanda dolların bahalaşması, avronun ucuzlaşması davam edir
Bu gün mayın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0495 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0044 manat və ya 0,38% ucuzlaşaraq 1,1485 manat olub.