Maide.az

Azərbaycan yığması reytinq cədvəlində geriləyib

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Planetin 209 yığmasının yer aldığı siyahıda cüzi dəyişikliklər baş verib.   Buna səbəb son ayda hesabat dövründə rəsmi oyunların sayının az olmasıdı. Lakin dəyişikliklər 28 gündə heç bir matça çıxmayan Azərbaycan yığmasının mövqeyinə də təsir edib.   Belə ki, hesabında 264 xal olan komandamız 116-cı pilləyə enib.   Ötən ay eyni xalla 115-ci pillədə olan yığmamızın geriləməsinə səbəb Sent-Vinsent və Qrenadin olub. Bu komandanın 6 pilləlik irəliləyişi eyni sayda millinin, o cümlədən yığmamızı 1 addım geri salıb.   Millimiz və “qonşuları” 111 (110). Sudan - 288 112 (111). Liviya - 281 112 (111). Sent-Kitts və Nevis - 281 114 (113). Namibiya - 279 115 (114). Kanada - 277 116 (115). AZƏRBAYCAN – 264 117 (117). Keniya - 258 118 (118). Dominikan Respublikası - 257 119 (119). Niger - 252 120 (121). Moldova – 245   İlk “onluq”da heç bir dəyişiklik baş verməyib. Düzdü, Argentina və Braziliya xal hesabını artırmağa nail olub. Lakin bu dəyişiklik onların mövqeyində əksini tapmayıb. Almaniyanın 1-ci olduğu siyahıda Argentina 2-ci, Belçika 3-cü pillədə qalıb. İlk “onluq” 1 (1). Almaniya – 1687 2 (2). Argentina – 1494 3 (3). Belçika – 1457 4 (4). Kolumbiya – 1412 5 (5). Braziliya – 1372 6 (6). Hollandiya - 1301 7 (7). Portuqaliya – 1221 8 (8). Uruqvay – 1176 9 (9). İsveçrə - 1135 10 (10). İspaniya – 1132 Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibi də mövqeyini qoruyub. Bu komandaların xal hesabında da dəyişiklik qeydə alınmayıb.   AVRO-2016-nın seçmə mərhələsinin H qrupu 13 (13). İtaliya – 1085 17 (17). Xorvatiya – 977 67 (67). Bolqarıstan - 505 70 (70). Norveç - 491 149 (149). Malta – 158 Qeyd edək ki, qonşu Türkiyə yığması hesabında olan 603 xalla 52-ci yerdəki mövqeyini qoruyub.