Maide.az

Azərbaycan çempionatları tarixində 11 mininci qol vurulub

Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub. Maide.az "Apasport"a istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ruslan Abışovun vurduğu qol ölkə futbol çempionatları üçün 11000-ci olub.   Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10720, XXIX turdan əvvəl isə 10992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci –sonuncu qolu yubiley xarakteri daşıyıb.   Qeyd edək ki, ölkə çempionatlarında 10000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Topaz Premyer Liqasının 2012/13 mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10000-ci qol olmuşdu.   Premyer Liqada neçə qol vurulub   mövsüm Keçir ilməli oyun Baş tutma yan oyunlar Baş tutan oyunlar Qol sayı Orta məhsuldarlıq 1992 482 81 401* 1191 2,97 1993 184 14 170 437 2,57 1993/94 240 24 216 605 2,80 1994/95 156 22 134 401 2,99 1995/96 160 7 153 469 3.07 1996/97 240 9 231 692 2,99 1997/98 182 27 155 405 2,61 1998/99 236 26 210 590 2,81 1999/2000 132 5 127 307 2,42 2000/01 111 15 96 302 3,15 2001/02 148 5 143 376 2.63 2003/04 182 15 167 485 2,90 2004/05 307 19 288 684 2,38 2005/06 182 0 182 423 2,32 2006/07 156 1 155 361 2,33 2007/08 182 1 181 434 2,40 2008/09 182 0 182 443 2,43 2009/10 192 0 192 392 2,04 2010/11 192 0 192 381 1,98 2011/12 192 0 192 445 2,32 2012/13 192 1 191 465 2,43 2013/14 180 0 180 432 2,40 2014/15 116 1 115 280 2,43 Cəmi 4526 273 4253 11000 2,59