Maide.az

Azərbaycan yığması FİFA reytinqində 24 pillə irəliləyib

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Bu gün açıqlanan siyahıda planetin 209 yığması yer alıb. Son 4 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib. Buna seçmə və yoxlama oyunlarının nəticələri səbəb olub. Dəyişikliklər Azərbaycan yığmasının mövqeyinə də ciddi təsir edib.   Belə ki, hesabında 264 xal olan komandamız 115-ci pilləyə yüksəlib.   Ötən ay 198 xalla 139-cu pillədə olan yığmamızın 24 pilləlik sıçrayışına AVRO-2016-nın Malta ilə seçmə oyunundakı qələbə səbəb olub. 2:0 hesabı ilə qalib gələn millimiz qazandığı 66 xalla irəliləyib. 24 pilləlik sıçrayış isə millimizin tarixində ən böyük addımdı.   Komandamız Keniya, Sent-Vinsent və Qrenadin, Dominikan Respublikası, Niger, Mavritaniya, Moldova, Lesoto, Burundi, Zimbabve, Vyetnam, Küveyt, Lixtenşteyn, Barbados, Qvineya-Bissau, Liberiya, Qazaxıstan. Aruba, Əfqanıstan, Sent-Lusiya, Lüksemburq, Gürcüstan, Filippin, Maldiv və Yeni Zelandiyanı arxada qoyub.   Millimiz və “qonşuları” 111 (112). Liviya - 281 111 (121). Sent-Kitts və Nevis - 281 113 (113). Namibiya - 279 114 (116). Kanada - 277 115 (139). AZƏRBAYCAN – 264 116 (119). Sent-Vinsent və Qrenadin - 262 117 (118). Keniya - 258 118 (107). Dominikan Respublikası - 257 119 (114). Niger - 252 120 (115). Mavritaniya - 246   İlk “onluq”da da xeyli dəyişiklik qeydə alınıb. Fransa və İtaliya ən yaxşı 10 komanda sırasını tərk edib. Onların yerinə isə İsveçrə və İspaniya yüksəlib. Sonuncular 1, isveçrəlilərsə 3 pilləlik irəliləyişlə buna nail olub. Bundan başqa, Belçika 3-cü yeri Kolumbiyanın “əlindən alıb”. Braziliya isə Hollandiyanı 5-ci sıradan kənarlaşdırıb. Uruqvay da ötən ayla müqayisədə irəli addım atıb. İlk “onluq” 1 (1). Almaniya – 1687 2 (2). Argentina – 1490 3 (4). Belçika – 1457 4 (3). Kolumbiya – 1412 5 (6). Braziliya – 1354 6 (5). Hollandiya - 1301 7 (7). Portuqaliya – 1221 8 (9). Uruqvay – 1176 9 (12). İsveçrə - 1135 10 (11). İspaniya – 1132 Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizdən ikisi – İtaliya ilə Malta geriləyibsə, 2-si – Xorvatiya ilə Bolqarıstan irəli addım atıb. Yalnız Norveç mövqeyini qoruyub.    AVRO-2016-nın seçmə mərhələsinin H qrupu 13 (10). İtaliya – 1085 17 (19). Xorvatiya – 977 67 (71). Bolqarıstan - 505 70 (70). Norveç - 491 149 (145). Malta – 158 Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 603 xalla 4 pillə irəliləyərək, 52-cı yerə yüksəlib.(apa)