Maide.az

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 24 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.   Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.   Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.   Azərbaycanın rayonlarında aprelin 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.   Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24, dağlarda gecə 0-4,  gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.   Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 8-9-da Abşeron yarımadasında gözlənilən komfort temperatur şəraitli mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.