Maide.az

Azərbaycanda xarici ölkənin səfiri dünyasını dəyişdi

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.   Maide.az xəbər verir ki, bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi məlumat verib.   Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib.    “O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.   1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib. Qeyd edək ki, Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməliymiş.