Maide.az

Azərbaycanda özəl klinikada ana ölümü baş verib

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.   Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.   Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.   “Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar. /