Maide.az

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.   Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.   Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.   Əfv olunanlar arasında Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və “NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.