Maide.az

Azərbaycan dilinin nöqsanlarının aradan qaldırılması məqsədilə “Qaynar xətt” yaradılacaq

Azərbaycan dilinin nöqsanlarının aradan qaldırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Qaynar xətt” yaradılacaq.   Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytların dilinin monitorinqi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.   T.Hacıyev bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həmin xəttin tezliklə yaradılması istiqamətində iş aparılır.(apa)