Maide.az

Azərbaycan millisi 8 pillə gerilədi - REYTİNQ

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.    24 xal itirən Azərbaycan millisi ötən ayla müqayisədə 8 pillə geriləyib.    Siyahıda planetin 209 yığması yer alıb. mövqeyini itirib.   Əfqanıstan, Qazaxıstan, Qvineya-Bissau, Barbados, Yeni Zelandiya, Maldiv adaları, Sent-Lusiya, Aruba, Filippin, Vyetnam kimi ölkələrin komandaları da yığmamızı keçib.    Daha böyük uğursuzluq yaşayan Fələstin və Livan isə bizdən öndəki mövqelərini əldən verib. Nəticədə 2 millini keçib, 10-dan geri düşən komandamız ümumilikdə 8 pillə itirib.   Millimiz və “qonşuları”   134 (138). Qvinye-Bissau – 211 134 (136). Yeni Zelandiya - 211 136 (129). Lüksemburq – 209 137 (144). Əfqanıstan – 203 138 (139). Qazaxıstan - 199 139 (131). AZƏRBAYCAN – 198 140 (126). Fələstin - 194 141 (137). Tacikistan – 192 142 (143). Tailand – 189 143 (145). Mərkəzi Afrika Respublikası – 178 144 (147). Türkmənistan - 175   İlk “onluğ”un tərkibində cüzi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması 2 pillə irəliləməklə 10-cu pilləyə yüksəlib. Onlar bu pillədən son 2 qitə çempionatının qalibi İspaniyanı sıxışdırıb.   İlk “onluq”   1 (1). Almaniya – 1770 2 (2). Argentina – 1577 3 (3). Kolumbiya – 1499 4 (4). Belçika – 1471 5 (5). Hollandiya - 1415 6 (6). Braziliya – 1348 7 (7). Portuqaliya - 1191 8 (8). Fransa – 1180 9 (9). Uruqvay – 1164 10 (12). İtaliya - 1146   Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 594 xalla 4 pillə geriləyərək, 56-cı yerə enib.(Oxu.Az)