Maide.az

Azərbaycanda avronun məzənnəsi yenidən aşağı düşdü

Azərbaycanda avronun məzənnəsi növbəti psixoloji həddi keçib.   Bu barədə Mərkəzi Bankdan məlumat verilib.   Bankın bu gün  açıqladığı rəsmi məzənnələrində 1 avronun məzənnəsi 87,7 qəpik həddində qeydə alınıb.   Qeyd edək ki, dolların bahalaşması avronun manata nisbətdə ucuzlaşmasına səbəb olub.   Xatırladaq ki, bu ilin əvvəlindən indiyədək avronun məzənnəsi təqribən 6,4% ucuzlaşaraq 0,937 manatdan 0,877 manata enib.